Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

"Jurnalist sənətkarlığı" adlı yeni kitab işıq üzü görüb

 

Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlunun "Jurnalist sənətkarlığı" adlı yeni kitabı professor Cahangir Məmmədlinin redaktorluğu  və professor Nəsir Əhmədlinin, fəlsəfə doktoru  Akif Rüstəmovun  birgə rəyi əsasında 2015-ci ildə  "Elm və təhsil" nəşriyyatında   çap edilib.

Kitabı oxuyanda ilk səhifədə dəyərli bir fikirlə tanış olursan. Bu gün mətbuat və jurnalistika vətəndaş cəmiyyətinin formalaşdırılması və milli dövlətçiliyin  möhkəmləndirilməsi yolunda öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün müxtəlif vasitə və üsullardan istifadə edir. Elə professorun bu kitabında həmin vasitə və üsulların müxtəlif elmi-nəzəri prinsiplərindən, taktiki və təcrübi xüsusiyyətlərindən söhbət açılır.

Xüsusilə başlanğıc səhifədə qeyd olunub ki, cəmiyyətdə mövcud ictimai-əxlaqi, milli-mədəni dəyərlərin  qorunaraq dövlətçilik naminə  daha da  möhkəmləndirilib  inkişaf etməsində  humanitar  düşüncənin digər sahələri ilə  yanaşı  jurnalistikanın da xüsusi çəkisi vardır. Milli mətbuatın ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılmasında, dövlətin ictimai-siyasi dayaqlarının möhkəmləndirilməsində, milli- mənəvi dəyərlərimizin təbliği və gənc nəslin  vətənpərvərlik  tərbiyəsindəki  roluna Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında da yüksək qiymət verilmiş və onun qarşısında aşağıdakı vəzifələr  müəyyənləşdirilmişdir:

"Qlobal informasiya  məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət  quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf  etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və  təbliğində üzərinə düşən vəzifələri layiqincə  yerinə yetirməlidir".  

Vaxtında müəllif tərəfindən ərsəyə gətirilmiş "Jurnalist sənətkarlığı"  kitabında jurnalistin intellekti və vətəndaş məsuliyyəti, material toplanması, işlənməsi və çap mexanizmi haqqında, jurnalist ünsiyyətinin bəzi psixoloji məqamları və digər sahələrindən danışılır.

Ümidvarıq ki,  Alxan Bayramoğlunun  müəllifi olduğu "Jurnalist sənətkarlığı" adlı  kitab  jurnalistlərimiz və ziyalılarımız tərəfindən böyük rəğbətlə qarşılanaraq  sevilə-sevilə oxunacaq. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov