Lənkəran
Dövlət Universitetində "Məzun-2015" adlı tədbir
keçirilib. Universitetin sayca 20-ci buraxılışına həsr
olunmiş tədbirdə rektor, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
məzunları təbrik edib. Rektor qeyd edib ki, bu il
universiteti 13 ixtisas üzrə 248 nəfər bitirib.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli,
universitet valideynlər şurasının sədri Sərhad Məmmədov,
Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,
universitetin ilk məzunu Asif İmanlı, valideyn Rafiq
Hüseynov çıxış edərək məzunlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıblar.
Məzunlardan Fatma Abdullayeva, Aysel Rüstəmova, Leyla
Nəzərli ürək sözlərini söyləyərək doğma ali məktəbi,
onlara dərs deyən müəllimləri unutmayacaqlarını
bildiriblər.
Sonra fakültələr üzrə tələbə məzunların bədii
yaradıcılıq qruplarının çıxışı olub. Müsabiqədə iştirak
edən 100-dək tələbə bilik və bacarıqlarını nümayiş
etdirib. Məzunların ifasında doğma Azərbaycan, Vətən,
tələbəlik haqqında mahnılar oxunub, şeirlər səslənib,
rəqslər, səhnəciklər göstərilib.
Təbiyyat elmləri fakültəsinin bədii yaradıcılıq qrupu
yüksək bilik və bacarıq nümayiş etdirərək müsabiqənin
qalibi olub.
Məzun günündə universitetin elmi, ictimai və mədəni
həyatında fərqlənənlərə müxtəlif müsabiqələrin, o
cümlədən mini-futbol yarışlarının qaliblərinə fəxri
fərmanlar, diplomlar və hədiyyələr verilib.
Hacı Etibar Əhədov,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri |