Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə
təşəbbüsləri və layihələrin təşkili şöbəsi yaradılıb.
Şöbənin məqsədi yetkin sosial-aktiv, peşəkar
məsuliyyətli, yüksək əxlaqi və vətəndaşlıq
keyfiyyətlərinə malik olan mütəxəssislərin hazırlanması
və bu istiqamətdə layihələrin reallaşdırılmasıdır.
Yeni yaradılan şöbə UNEC-in mənafeyinə xidmət edən
tələbə həyatı ilə bağlı müxtəlif layihələr həyata
keçirəcək. Tələbələrin sosial fəaliyyətinin
genişləndirilməsi və idarə olması üçün menecment
funksiyasını yerinə yetirəcək. Yerli və beynəlxalq
düşərgələrdə, forumlarda, simpoziumlarda UNEC
tələbələrinin iştirakını təmin edəcək.
Eyni zamanda şöbə tələbələrə maddi yardımın
göstərilməsi, onların daha istedadlılarına sosial və
maddi dəstəyin alternativ mənbələrinin axtarışı,
tələbələrin problemlərinin təhlili, psixoloji dəstəyin
və psixoloqun konsultasiya yardımının təşkili ilə də
məşğul olacaq. Tələbələr arasında hüquq pozuntuları,
narkomaniya, alkoqolizm, siqaret çəkmə, vərəm, QİÇS və
s. infeksiyaların profilaktikası üzrə layihələr,
mühazirələr, forumlar və "dəyirmi masa"lar təşkil
edəcək.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |