Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2015-ci ilin iyun ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 7501 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən eyni)
və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 4724 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 639 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1179 sənəd (748 məktub, 377 ərizə, 54 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması (nostrifikasiya), müəllimlərin
yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil
müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil
məktəblərinin I siniflərinə qəbul və ümumtəhsil
müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı
məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin bazar ertəsi (1875 zəng) və çərşənbə
axşamı (2027 zəng) günləri, əsasən, saat 10:30-dan
12:30-dək və 14:00-dan 15:30-dək müraciət olunub.
Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar
ertəsi (1127 müraciət) və çərşənbə axşamı (1178
müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və
14:00-dan 16:00-dək müraciət edilib. |