İyunun
29-da fransalı yazıçı, "Şərqə Səyahət - Mərkəzi Asiya
yollarında tənha" kitabının müəllifi Alise Plane
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qonağı
olub. Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin
vitse-prezidenti Reyhan Hüseynova və digər
nümayəndələrlə birlikdə təhsil ocağına gələn qonağı
ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən
professor Vaqif Qurbanov qəbul edib. V.Qurbanov qonağa
Azərbaycan Dövlət Neft Akademiyası, onun tarixi və
ənənələri haqqında məlumat verib.
Qeyd edək ki, A.Plane Azərbaycan haqqında kitabın
hazırlanması layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.
Fransalı yazıçını müşayiət edən heyətin hər birinin
müxtəlif sahələr üzrə istiqamətlənərək məlumat
toplamaları, ümumilikdə Azərbaycan və onun mədəniyyəti
haqqında bir kitab ərsəyə gətirmələri nəzərdə tutulur.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |