İyulun
3-də Rusiya Federasiyasının "Ali İqtisadiyyat Məktəbi"
Milli Tədqiqat Universitetinin rektoru Yaroslav
Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan
Dövlət İqtisad Universitetinin dəvəti ilə bu ali təhsil
müəssisəsində qonaq olub. Nümayəndə heyəti ilə keçirilən
görüşü Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru, professor Ədalət Muradov açaraq dinamik inkişaf
edən Azərbaycanın iqtisadi uğurlarından danışıb.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında
qonaqlara geniş məlumat verən rektor universitetin əsas
inkişaf istiqamətləri barədə söz açıb. Professor Ədalət
Muradov Rusiya Federasiyasının "Ali İqtisadiyyat
Məktəbi" Milli Tədqiqat Universiteti ilə əməkdaşlığın
perspektivlərinə toxunub.
"Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat
Universitetinin rektoru Yaroslav Kuzminov çıxışında yeni
tədris metodları, modullar üzrə təhsil, tədris
prosesinin elektronlaşdırılması, birgə konfransların
təşkil edilməsi barədə danışıb.
Görüşdə birgə liseyin yaradılması, bakalavriat və
magistratura səviyyələrində ikili diplom proqramlarının
həyata keçirilməsi, onlayn kursların təşkili və birgə
elmi tətqiqatların aparılması barədə razılıq əldə
olunub.
Sonda rektor Yaroslav Kuzminov görüş iştirakçılarının
suallarını cavablandırıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |