Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki
ümumtəhsil məktəblərində təhsil prosesinin təşkili və
tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının cəzaçəkmə
müəssisələrindəki tədris Azərbaycan və rus dillərində
aparılan ümumtəhsil məktəbləri üçün 2015-2016-cı dərs
ilinə aid tədris planları təsdiq edilsin (1 və 2 nömrəli
əlavələr).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov),
İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi
(F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub
vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə
birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını
və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyun 2015-ci il
№703
Əlavə:
1. Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil
məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planı
(təlim Azərbaycan dilində)
2. Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil
məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planı
(təlim rus dilində) |