Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1.Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

2.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.    

Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
24 iyun 2015-ci il
№702


Əlavə: 

1. 2015-2016-cı dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı (tədris Azərbaycan dilində) 

2. 2015-2016-cı dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı (tədris rus dilində) 

3. Tədris planına dair qeydlər

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov