Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili
və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus,
gürcü dillərində aparılan, ləzgi dili və azsaylı
xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün
2015-2016-cı dərs ilinə aid aşağıdakı tədris planları və
tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:
1.1. Ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün
tədris planları (1, 2, 3 nömrəli əlavələr);
1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin
I-VIII sinifləri üçün tədris planları (4, 5 nömrəli
əlavələr);
1.3. Ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün
tədris planları (6, 7, 8 nömrəli əlavələr);
1.4. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IX-XI
sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr);
1.5. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil
məktəblərinin I-IV sinifləri üçün tədris planları (11,
12 nömrəli əlavələr);
1.6. Tədris planlarına dair “Qeydlər” (13 nömrəli
əlavə).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov),
İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi
(F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında
yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə
birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını
və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun
Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
22 iyun 2015-ci il
№690
Əlavələr:
Ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris
planları (1, 2, 3 nömrəli əlavələr)
Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VIII
sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr)
Ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris
planları (6, 7, 8 nömrəli əlavələr)
Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IX-XI
sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr)
Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil
məktəblərinin I-IV sinifləri üçün tədris planları (11,
12 nömrəli əlavələr)
Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə) |