Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti Əlavə Təhsil fakültəsi 
2015-2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə Yenidənhazırlanma şöbəsinə dinləyici qəbulu elan edir

 

1. İngilis  dili-tərcümə, İngilis  dili-filologiya  fakültəsini,   Regionşünaslıq  fakültəsinin-Amerikaşünas  və  İngiltərəşünas   şöbələrini  bitirən  mütəxəssislər  üçün - pedaqoji ixtisas;

2. Texnikum  və  kollecləri  bitirən  ibtidai siniflərdə  xarici dil  mütəxəssisləri  üçün  ingilis  dili üzrə - pedaqoji ixtisas.  

Təhsil forması:  əyani və axşam.

* Təhsil ödənişlidir.

* Sənədlər 2015-ci il sentyabr ayının 15-dək qəbul edilir (Ünvan:Təbriz küçəsi - 81, III  korpus, 308-ci otaq).

* Təhsil müddəti 10 aydır.

* Dərslər oktyabrın  1-dən başlanır.

* Fakültənin məzunlarına aldıqları ixtisaslar üzrə işləmək hüququ verən vahid formalı  dövlət sənədi (Diplom) verilir.  

Fakültəyə qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* rektorun adına  ərizə;

* diplomun  surəti;

* diploma əlavənin surəti;

* əmək kitabçasının surəti (işləyənlər üçün);   

* 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

* şəxsiyyət vəsiqəsinin surəti. 

Əlavə məlumat  üçün hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-00-dan 16-00-dək göstərilən ünvana müraciət etmək olar 

Əlaqə telefonları: 564-22-48;  (050) 343 -29 - 35 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov