İyunun
23-28-də İstanbulda gənclər arasında güləş üzrə Avropa
çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, çempionatda ilk olaraq sərbəst
güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük
məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin
rəhbərliyi altında İstanbula Şəhriyar Salmanov (50 kq),
Əfqan Xaşalov (55 kq), Vurğun Əliyev (60 kq), Teymur
Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad
Məhəmmədsəidov (84 kq), Turxan Qurbanov (96 kq) və Səid
Həmidov (120 kq) yollanıb.
İyunun 25-26-da çempionatda gənc qızlar mübarizəyə
qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan
Ağayevin rəhbərliyi altında çempionatda 8 güləşçimiz
iştirak edəcək.
Avropa çempionatının son iki günündə yunan-Roma
güləşçiləri mübarizə aparacaq. Yığma komandanın böyük
məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun
rəhbərliyi altında çempionatda Nofəl Babayev (50 kq),
Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin
Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam
Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Cavid Feyziyev
(120 kq) yarışacaqlar.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi
beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. |