On
yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması
Qazaxıstanın paytaxtı Astanada təşkil olunmuş "Prezident
kuboku" turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Belarus komandası ilə qarşılaşan
yığmamız 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın
qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler
vurublar.
Futbolçularımız turnirdə növbəti oyununu iyunun 23-də
"Rusiya-2" yığmasına qarşı keçirib. |