Mayisə QASIMOVA,
Bakıdakı 83 nömrəli məktəb-liseyin ibtidai sinif
müəllimi
III
sinifdə 9 fənn tədris olunur ki, onlardan da biri
həyat bilgisidir.
Bilirik ki, başqa fənlərdən fərqli olaraq, həyat
bilgisi konkret bir elmin əsasını öyrətmir. Fənnin
tədrisində şagirdlərdə mənəviyyat, sağlamlıq,
təhlükəsizlik, fövqəladə hallarda mühafizə,
vətəndaşlıq, ekologiya, cəmiyyət haqqında bilik və
bacarıqlar formalaşdırılır.
Mən də şagirdlərdə bu fənnə maraq oyatmaq, onun
köməkliyi ilə əxlaqi yetkinlik, saflıq, düzlük,
ədalətlilik, dözümlülük, tolerantlıq, özünə və
başqalarına hörmət kimi yüksək mənəvi keyfiyyətlər
aşılamaq, onları əsl vətənpərvər kimi tərbiyə etmək
üçün fənnin tədrisində yalnız fəndaxili, fənlərarası
inteqrasiyanı yox, həm də təlimin metod və
texnologiyalarının inteqrasiyasından geniş istifadə
edirəm.
Təcrübəmdən müəyyən etmişəm ki, fənlərarası əlaqə
şagirdləri tədris prosesində fəallaşdırır, onların
idraki, zehni qabiliyyətini inkişaf etdirir.
Fikrimi bu il martın 5-də 3 d sinfində həyat bilgisi
fənnindən "Qonşularımız" mövzusunda dediyim "açıq
dərs"in nümunəsində şərh edirəm.
Dərsə davamiyyət yoxlandıqdan sonra proyektor
vasitəsilə dərsin keçirildiyi tarix, mövzusu, məqsədi,
standartları, bacarıq səviyyələri ekranda
işıqlandırılır və sinfə belə bir sualla müraciət
edilir:
M.: - Uşaqlar, 05.03.2015 nəyi göstərir?
Ş.: - Dərsin keçirildiyi tarixi.
M.: - Riyaziyyatla əlaqələndiriləndə bunlar nə adlanır?
Ş.: - Zaman vahidləri.
M.: - "05" günü göstərir. Gün isə həyat bilgisindən
öyrəndiyimizə görə yerin öz oxu ətrafında fırlanması
nəticəsində yaranır. Bir gün 24 saatdır.
"03" ayı göstərir. İlin III ayı mart ayıdır, yaz fəslinə
aiddir.
"2015" isə ili ifadə edir. İl yerin günəş ətrafında
fırlanması nəticəsində 12 aya başa çatır.
Sonra dərsimizin neçənci saatda keçirildiyini soruşuram
və deyirəm:
M.: - Uşaqlar, bu dərsi III saat yox, I saat keçsəydik
dərsə nəyi oxumaqla başlayardıq?
Ş.: - Müstəqil Azərbaycan Respublikasının Dövlət
himnini oxumaqla.
Himn haqqında məlumatlar verilir.
Sonra lövhədə gerbimiz, bayrağımız nümayiş etdirilir,
məlumatlar verilir. Şagirdlər bayrağın rənglərini şərh
edərək deyirlər ki, texnologiyaya görə xromatik, həyat
bilgisinə görə spektral, təsviri incəsənətə görə əsas və
alınma, soyuq və isti rənglərə ayırmaq olar. Musiqiyə
uyğun mahnılar, Azərbaycan dilindən öyrəndikləri şeir və
hekayələr söyləyir, müdriklərin deyimlərindən sitatlar
gətirir, hər üçünün dövlət rəmzləri olduğunu
bildirirlər.
Sonra müstəqil dövlətin başqa əlamətləri soruşulur,
Konstitusiyanın maddələrinə əsasən izah olunur,
Konstitusiya və bayraq gününün keçirildiyi tarixlər
qeyd olunur.
Dövlətimizin sərhədləri, ərazisi, şəhərləri, çay və
gölləri xəritədə göstərilir.
Motivasiya yaratmaq üçün lövhəyə belə bir cədvəl
salınır.
Şagirdlərə tapşırılır ki, cədvəldə verilənləri oxusanız,
bugünkü dərsimizin mövzusunu biləcəksiniz.
Əvvəlcə şagirdlər mövzunu aydınlaşdıra bilmirlər və
deyirlər ki, mövzu informatikadan öyrəndiyimizə görə,
koda qoyulub. Kodu açmaq üçün onu dekodlaşdırmaq
lazımdır. Bunun üçün isə açar sözlər deyilməlidir.
Şagirdlərə açar sözlər verirəm, məlumatlandırıram ki,
mövzu əlifba sırasına görə kodlaşdırılıb. Azərbaycan
dili fənninə inteqrasiya yaranır, əlifba günü haqqında
məlumat verilir və kod açılır, mövzu müəyyənləşdirilir.
Məlum olur ki, dərsin mövzusu "Qonşularımız"dır.
Qonşu kimdir, kimlərə qonşu deyilir, mövzumuzda hansı
qonşulardan söhbət getdiyi müəyyənləşdirilir. Qeyd
olunur ki, bugünki dərsimizdə müstəqil Azərbaycan
Respublikası ilə həmsərhəd olan dövlətlərdən söhbət
gedəcək.
Tədqiqat sualı proyektor vasitəsi ilə lövhədə
işıqlandırılır:
- Azərbaycan Respublikası quruda neçə dövlətlə
həmsərhəddir?
- Cavab: 5 dövlətlə.
Dövlətlər xəritədə göstərilir və məlumat verilir ki,
dərsimizdə qonşu dövlətlərdən də nümayəndələr var.
Proyektor vasitəsi ilə lövhəyə hər bir dövlət
haqqında məlumat salınır və gələn bir qonaq öz ana
dilində özü haqqında məlumat verib, dediklərini də
Azərbaycan dilinə tərcümə edir. Qeyd olunur ki, sizə
ingilis dili də tədris olunduğundan İngiltərədən də
qonaq dəvət etmişik. Ancaq bu bizimlə həmsərhəd olan
dövlət deyil. Nitq etigetlərinə görə qonaqlara xoş
sözlər deyilir.
Növbəti sual verilir:
- Bəs hansı dövlətdən qonaq dəvət etməmişik, heç
çağırmazdıq da?
Ekranda ermənilər, onların vəhşilikləri haqqında
fraqmentlər göstərilir və qeyd olunur ki, ermənilər
bizim düşmənimizdir.
Yenə Azərbaycan dövləti, azərbaycanlılar haqqında
məlumat verilir, yazılı və şifahi xalq ədəbiyyatına
müraciət olunur.
Sonra isə mətni ifadəli oxudur və izah edirəm. Başa
salıram ki, siz düzgün, ifadəli oxumalı, dilimizi yaxşı
bilməlisiniz ki, oxuduğunuzu anlayasanız və anlada
biləsiniz.
Dərs "Oğuz", "Azadlıq", "Yaşıl dünya", "Sülh"
qruplarına lider seçilməsilə davam etdirilir. Qruplara
işçi vərəqləri paylanır, tapşırıqlar haqqında izahat
verilir, tapşırığın yerinə yetirilməsi müddətinin 5
dəqiqə olduğunu qeyd edirəm.
Şagirdlərin tapşırıqları sərbəst yerinə yetirmələrinə
nəzarət edirəm və tapşırıqların yerinə yetirilməsi
müddətində isə ekranda dahi şairimiz S.Vurğunun
"Azərbaycan" şeiri səsləndirilir. Vaxt qurtarır.
Təqdimat başlanır.
"Oğuz" qrupunun təqdimatı:
"Oğuz" qrupunun I tapşırığı - torpaqlarımız işğal olunma
tarixinə görə ardıcıllıqla nömrələnir, tarixləri
yazılır, Xocalı soyqırımı haqqında məlumat verilir.
II tapşırıq: Şuşa, onun yaranması, Vətən bağı haqqında
məlumat verilir, texnologiya fənnilə əlaqədar olaraq
süfrə atributu olan salfetlə "Xarı bülbül" hazırlanır,
onun haqqında məlumat verilir. Kompüterdə isə Point
proqramında üçrəngli bayraq çəkilir, arzu edilir ki,
çəkilmiş bayraq işğal olunmuş torpaqlarımızda
dalğalansın.
III tapşırıq - Ermənilərin özününküləşdirmək istədiyi
"Sarı gəlin" mahnısı pantomima şəklində göstərilir,
açıqlanır ki, qız saçının ucunu hörmək istədi, gülü
dərmək istədi, oğlan qoymadı. Bizə belə gəlir bunlar
bizim xalq mahnısı olan "Sarı gəlin"i hərəkətləri ilə
göstərdilər. Mahnı uşaqlar tərəfindən ifa olunur.
"Azadlıq" qrupunun təqdimatı:
I tapşırıq - Verilmiş qəhrəmanların adları müvafiq
cədvələ uyğun qruplaşdırılır və hər bir qəhrəman
haqqında məlumat verilir.
II tapşırıq - 20 Yanvar faciəsi haqqında məlumat
verilir, şəhid gülü olan qərənfil texnologiyaya uyğun
olaraq parça ilə hazırlanır, informatika ilə əlaqəli
şəkildə kompüterdə Point proqramında "Şəhidlər xiyabanı"
təsvir olunur, "Vörd" proqramına uyğun "And yerimiz"
yazırlar.
III tapşırıq - Əlində qərənfil olan şagird pantomima
göstərir. Məlum olur ki, o, M.Aslanın "Ağla, qərənfil"
şeirini söyləyir.
Axırda II qrup "Şəhidlər xiyabanı" mahnısını xorla
ifa edir, ermənilərə lənət oxunur.
"Yaşıl dünya" qrupunun təqdimatı:
I tapşırıq - Milli bayramlarımız Klaster üsuluna görə
şaxələndirilir, dini bayramlar haqqında məlumat verilir,
Azərbaycan dili fənninə inteqrasiya olunur.
II tapşırıq - Novruz bayramı haqqında məlumat verilir,
Kosanın papağı texnologiya fənni ilə əlaqədar rəngli
kağızdan hazırlanır, riyaziyyata inteqrasiya olunaraq
deyilir ki, konus formasındadır, fəza fiqurudur.
Kompüterdə Novruzun atributu olan səməni çəkilir, "yaz"
sözü anaqram kimi dəyişdirilib yay, metoqram kimi saz
alınır. Musiqi fənnindən öyrəniblər ki, saz milli
musiqi alətimizdir, aşıqlar ifa edir. Kamança, tar, dəf
də musiqi alətidir, milli alət kimi "Üçlük" adlanır.
III tapşırıq - Pantomima göstərilir (erməni əlini atır
papağa, azərbaycanlı əlindən alıb öz başına qoyur, əlin
atır yarpaq dolmasına yenə azərbaycanlı özü yeyir.
Torpağı yenə azərbaycanlı müdafiə edir).
Pantomima açılır: Məlum olur ki, bir ermənilərin, bir
də qaraçıların heç vaxt papağı olmayıb. Papaq isə
namus, qeyrət rəmzidir, bu da ermənilərdə yoxdur. Dolma
isə bizim milli yeməyimizdir, onu da oğurlamaq
istəyirlər. Torpaq da bizimdir, torpaqdan pay ola
bilməz.
Qrup M.Tağıyevin "Torpaqdan pay olmayır" mahnısını
oxuyur.
"Sülh" qrupunun təqdimatı:
I tapşırıq - verilmiş tarixi günlər və bayramların qeyd
olunma tarixi yazılır, işarələnmiş Milli Qurtuluş Günü
və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü
haqqında məlumat verilir.
II tapşırıq - Ümummilli liderimiz Heydər Əliyev
haqqında, gül bayramı haqqında məlumat verilir.
Muncuqlarla kompozisiya hazırlanır, "10 may", "sülh"
sözləri yazılır, buta düzəldilir.
III tapşırıq - pantomima göstərilir, izah olunur ki, bu
milli rəqsimiz olan "Yallı"dır. "Yallı" həm də birlik
rəmzidir, bizi Qobustan qayalarına aparır. Axırda
A.Ağayevin ifa etdiyi "Xalq Heydər söyləyəcək"
mahnısından bir hissə oxunur.
Qrupların təqdimatından sonra fəndaxili inteqrasiya
gedir, yeraltı, yerüstü sərvətlərimiz nümayiş olunur,
onlar haqqında məlumat verilir. Xatırladıram ki, yəqin
bundan sonra qonaqlarımızı tarixi abidələrimizə
apararsınız. Hər bir şagird aparacağı tarixi abidə
haqqında məlumat verir. Əsasən Azıx mağarası haqqında
məlumat verməklə bildirirlər ki, biz qədim xalqıq və
bizim zəngin keçmişimiz var.
Şagirdlərə sual verirəm ki, biz onları hara apara
bilmirik?
- İşğal olunmuş torpaqlarımıza.
- Bu torpaqları necə ala bilərik?
- İstərdik ki, sülh yolu ilə alaq, ala bilməsək müharibə
yolu ilə alacağıq.
- Bunun üçün nə lazımdır?
- Güclü ordu.
Ekranda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin ordumuz haqqında dediyi sözlər səslənir.
Uşaqlar yorğunluğunu aradan qaldırmaq məqsədilə idman
edirlər. Dərs müddətində nə öyrəndikləri suallarla
yekunlaşdırılır. Belə nəticəyə gəlinir ki, biz
qonaqpərvər, sadə, səmimi xalqıq. İstəmirik ki,
qonşularla bizim aramızda münaqişə olsun, çünki münaqişə
olanda hər 2 tərəfin dincliyi pozulur. Ona görə də biz
hər zaman mehriban olmaq istəmişik.
Beləliklə, uşaqlar qeyd edirlər ki, biz bu gün çoxlu
informasiya aldıq, vətənə, müəllimə, anaya aid bayatı,
şeir, atalar sözləri söylənilir. "Əziz müəllimim"
mahnısı oxunur.
Ev tapşırığı olaraq atalar sözləri yazmaq, qonşu
dövlətlərin adlarını əlifba sırası ilə düzmək və esse
yazmaq verilir.
Qrupların işləri informatika fənnindən öyrəndikləri
gülüş kodu ilə qiymətləndirilir. Qiymətləndirmə zamanı
əməkdaşlıq, qrup işləri, nəticə nəzərə alınır.
Ekranda ümummilli liderimiz Heydər Əliyevin "Mən fəxr
edirəm ki, Azərbaycanlıyam" sözləri səslənir. Uşaqlar
əllərində üçrəngli bayrağımızı dalğalandıraraq
M.Maqomayevin "Ana Vətən" mahnısını oxuyurlar.
Bu dərsin nümunəsinin yığcam təsviri təsdiq edir ki,
həyat bilgisi fənnindən bir mövzunun tədrisində bütün
fənlərlə əlaqə yaratmaq mümkündür. Dərsdə fənlərarası
əlaqə isə şagirdləri fəallaşdırır, vətənpərvərlik hissi
tərbiyə edir, vətənə, təbiətə, rənglər aləminə maraq
oyadır, onları tədqiqatçıya çevirir. |