Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Gənclər üçün Təhsil Mərkəzi "Yaşıl məktəb" layihəsini davam etdirir

 

Böyütmək üçün seçinGənclər üçün Təhsil Mərkəzi (GTM) "Yaşıl məktəb" layihəsinin ikinci mərhələsini davam etdirir.

Ağcabədi  Rayon Təhsil Şöbəsindən  bildiriblər ki, regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında şagirdlərin fəallığının artırılması məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə həyata keçirilir. Layihənin ilkin mərhələsində həmin regionların orta məktəblərində ekoloji maarifləndirmə işini gücləndirmək məqsədilə təlim proqramı təşkil olunub, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılıb.Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində şagirdlərin iştirakı ilə ekoloji aksiyaların, iməciliklərin və digər tədbirlərin keçirilməsinə başlanılıb. Artıq Ağcabədi rayonunda məktəblilərin hazırladıqları yüzlərlə quş yuvası təhsil ocaqlarının həyətində və ətrafında xüsusi yerlərə qoyulub. Ekologiyanın qorunmasını təbliğ edən açıq havada rəsm müsabiqələri də keçirilib. Hazırda müvafiq işçi qruplar tərəfindən hədəf məktəblərdə ekoloji mövzularda divar qəzetlərinin hazırlanması həyata keçirilir.

Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov