"Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək" İctimai
Birliyi may-iyun aylarında Gəncə şəhərində 15 nəfər
sağlamlıq imkanı məhdud olan şəxslər üçün həm distant,
həm də birbaşa olaraq təlimlər keçirib. Təlimlər
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə reallaşdırılan "Sağlamlıq imkanı
məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və
təhsil imkanlarının artırılması ilə bağlı maarifləndirmə
tədbirlərinin həyata keçirilməsi" layihəsi çərçivəsində
təşkil olunub.
Şəhər təhsil idarəsindən bildiriblər ki, təlimdə
sağlamlıq imkanı məhdud olan uşaqların İKT üzrə
savadlılığını artırmaq üçün həm nəzəri, həm də təcrübi
biliklərə yiyələnmələri təmin olunub.
Gəncə şəhərində psixoloji təlimlər də keçirilərək
sağlamlıq imkanı məhdud şəxslərə psixoloji dəstək
verilib, onların təhsil imkanlarının artırılmasına ciddi
əngəllər törədən komplekslərin aradan qaldırılması
istiqamətində maarifləndirmə işləri aparılıb, cəmiyyətə
adaptasiyaları təmin olunub.
Layihənin sonunda sağlamlıq imkanı məhdud olan şəxslərin
təhsil imkanlarının artmasına mane olan səbəblər aradan
qaldırılaraq həm psixoloji cəhətdən, həm də tam təhsilli
şəxslər kimi özlərini cəmiyyətə təqdim etmələri təmin
olunacaq. |