Azərbaycan Assosiasiyası (AzPMA) Qəbələ şəhərində
layihələrin idarə edilməsi üzrə üçgünlük yay məktəbi
keçirir. İşə yeni başlayan layihə menecerləri və
mütəxəssislər, ali məktəblərin son kurs tələbələri bu
məktəbdə iştirak edə bilərlər.
Azərbaycan Texniki Universitetindən redaksiyamıza daxil
olan məlumatda bildirilir ki, yay məktəbində iştirak
edəcək tələbələr nəzəri biliklərə və praktik bacarıqlara
yiyələnəcəklər. Layihə Azərbaycan mütəxəssislərinə
innovasiyalar yaratmaq və şəxsi layihələrini işləyib
hazırlamaqda kömək göstərmək məqsədi daşıyır. Eyni
zamanda, iştirakçılar layihələrin idarə edilməsi üzrə
müasir beynəlxalq biliklərin əsaslarına yiyələnəcək,
praktiki tapşırıqları yerinə yetirəcək, mürəkkəb layihə
situasiyalarından çıxış yolu tapacaq, müsabiqə əsasında
münsiflər qarşısında layihələrini müdafiə edəcəklər.Yay
məktəbində iştirakçılar həmçinin layihə işinin
strukturunu, layihələrin təhlilini, riskləri, təqvim,
maliyyə və kommunikasiya planını öyrənəcəklər. Ən yaxşı
layihə və komanda xüsusi mükafata layiq görüləcək.
Yay məktəbi iyulun 30-dan avqustun 1-dək Qəbələ
şəhərində "Duyma" otelində keçiriləcək. |