Rusiya Prezidenti forumda çıxış edib
"Təhsilin keyfiyyəti ölkənin inkişafına və rəqabət
qabiliyyətinə təsir edən əsas faktorlardandır".
"Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu barədə
Sankt-Peterburqda keçirilmış İqtisadı Forumda çıxış edən
Rusiya prezidenti Vladimir Putin bildirib. Dövlət
başçısı ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla
peşəkar kadr hazırlığı sisteminin tamlığının qurulması,
əldə olunmuş təcrübənin ümumiləşdirilməsi istiqamətində
səylərin birləşdirilməsinin zəruriliyini bildirib.
V.Putin hesab edir ki, bu cür sistem təhsilin bütün
səviyyələrini əhatə etməlidir. Prezident orta peşə
təhsili sisteminin təkmilləşdirilməsi və onun real
istehsalatla əlaqəsinin möhkəmləndirilməsini mühüm
vəzifələrdən hesab edib. Onun sözlərinə görə, orta peşə
təhsilinin inkişafı sahəsində ciddi tərəqqiyə nail
olmuş bölgələr, bir qayda olaraq, yüksək
sosial-iqtisadi dinamika nümayiş etdirirlər. Müasir
mühəndislik və fəhlə peşələrinin yüksək səriştə tələb
etdiyini bildirən prezident yeni peşə standartlarının
işlənib hazırlanması vacibliyini də qeyd edib. Dövlət
başçısı mühəndis-texniki ali məktəblərin ehtiyat rəhbər
heyətinin yaradılması barədə biznes qurumlarının
təşəbbüsünü bəyənib. V.Putin biznes dairələrini ali
məktəbin inkişafı prosesində fəal iştirak etməyə
çağırıb.
Rusiyada uşaqlar üçün texnoparklar
yaradılacaq
"Uçitelskaya qazeta"nın məlumatına əsasən, əlavə təhsil
sisteminin yeni modeli Sankt-Peterburqda keçirilmiş
iqtisadı forumda təqdim olunub. Rusiyanın Təhsil və
Elm Nazirliyinin məlumatına əsasən "uşaqların əlavə
təhsili sisteminin yeni modeli " adlı layihə hər bir
uşaq üçün əlavə təhsilin əlyeterliyinin təmin
olunması, onun keyfiyyətinin yüksəldilməsi və
məzmunun dərinləşdirilməsi üzrə dövlət proqramı
çərçivəsində hazırlanıb. Layihə çərçivəsində ilk
növbədə uşaqlar üçün texnoparklar şəbəkəsinin
yaradılması nəzərdə tutulub. Qeyd olunur ki,
gələcəkdə ölkənin kadr siyasətinin mühüm hissəsi olacaq
uşaq texnoparklarının inkişaf etdirilməsi üçün
infrastruktur yaradılmalı və bütün normativ
məhdudiyyətlər aradan qaldırılmalıdır. Təşəbbüs
Tatarıstan, Altay, Moskva vilayəti və Xanti-Mansiysk
kimi ölkənin 4 pilot regionunda reallaşdırılacaq.
Təşəbbüsün müsbət nəticə verdiyi təqdirdə bütün ölkə
ərazisində geniş tətbiq olunması nəzərdə tutulub.
Təqdimat mərasimində çıxış edən təhsil və elm naziri
Dmitri Livanov qeyd edib ki, uşaqların əlavə təhsilini
dövlət-biznes tərəfdaşlığı çərçivəsində inkişaf
etdirmək vacibdir. Hazırda Rusiyanın Təhsil və Elm
Nazirliyi tərəfindən əlavə təhsil sahəsində təhsil
xidmətlərinin göstərilməsi üzrə sertifikatların tətbiqi
işinə başlanılıb. Bu isə uşaqlara qeyri-dövlət
müəssisələrində pulsuz oxumağa imkan verəcək.
Nobel medalı sahibi Ceyms Uotsona qayıtd
Məşhur ingilis alimi, DNT-nin ikiqat spiralını kəşf
etdiyinə görə Nobel mükafatına layiq görülmüş Ceyms
Uotson ikinci dəfə sevinc içindədir. C.Uotson bir
müddət əvvvəl maliyyə sıxıntısına görə Nobel medalını
hərracda 2,27 milyon dollara satmağa məcbur olub. Öz
elmi tədqiqatlarını davam etdirmək üçün ona kifayət
qədər pul tələb olunub. C.Uotsonun medalını hərracda
rus milyarderi Əlişir Usmanov 4.75 milyon dollara alıb.
Ə.Usmanov bu məşhur alimin xərçəng xəstəliyinin
öyrənilməsi ilə bağlı olan elmi fəaliyyətinə hər zaman
heyran olduğunu deyib. Milyarderin atası da məhz bu
xəstəlikdən dünyasını dəyişib. Alimin fədakar əməyini
yüksək qiymətləndirən milyarder onun medalını özünə
qaytarmağa qərar verib. Medalı Uotsona Rusiya Elmlər
Akademiyasının prezidenti Vladimir Fortov təqdim edib.
"Çox şadam ki, tədqiqatlarımı davam etdirmək üçün
satmağa məcbur olduğum medal özümə qayıtdı. Mən cənab
Usmanova çox minnətdaram. Bu, olduqca həyəcanverici
andır",-deyə məşhur alim bildirib.
YUNİSEF beynəlxalq kriteriyaları
müəyyən edib
YUNİSEF dünya ölkələrində təhsil sisteminin
qiymətləndirilməsinin beynəlxalq kriteriyalarını müəyyən
edib. Təşkilat müxtəlif ölkələrdə təhsil
sistemlərini qiymətləndirməyə və yaxşılaşdırmağa imkan
verən başlıca göstəricilərin əks olunduğu 12 səhifəlik
sənəd yayıb. Sənədin hazırlanmasında müxtəlif
ölkələrdən 200-dən artıq təşkilat - universitetlər,
məktəblər, hökumətlər, tədqiqat laboratoriyaları iştirak
ediblər. Birinci göstəricilər ibtidai sinfin sonuna
qədər oxu və riyaziyyat üzrə minimum proqramı uğurla
mənimsəmiş şagirdlərin sayını qiymətləndirir. Digər
kriteriyalar isə uşaqları ibtidai məktəb təhsilinə
hazırlaşdırmağa kömək edən ucuz keyfiyyətli
məktəbəqədər təhsilin əlyetərliyi; keyfiyyətli ali,
əlavə və peşə təhsilinin əlçatan olması; zəruri karyera
vərdişlərinə malik olan gənc insanların sayının
artırılması; təhsildə qeyri-bərabərliklə mübarizə
(gender daxil olmaqla milli və digər hər hansı
ayrı-seçkiliyi ); gənclər və yaşlılar arasında
savadlılıq səviyyəsinin artırılması; davamlı ekoloji
inkişafin dəstəklənməsi üçün zəruri olan bilik və
bacarıqların ötürülməsi, insan hüquqlarına əməl
olunması, gender bərabərliyi, qeyri-zorakılıq və
mədəni müxtəlifliyin inkişaf etdirilməsi; gender və
fiziki inkişafi, yaş xüsusiyyətlərini nəzərə alan təhsil
imkanlarının hazırlanması və ya təkmilləşdirilməsi,
hamı üçün təhlükəsiz, inklüziv və keyfiyyətli təhsilin
təmin olunması; inkişaf etməkdə olan ölkələrdə ali
təhsil sahəsində insanlar üçün ayrılan qrantların
sayının artırılması; xüsusən də inkişaf etməkdə olan
ölkələrdə ixtisaslı müəllimlərin sayının artması kimi
bir neçə qrupu əhatə edir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |