Məlum
olduğu kimi, 2003-cü ildən Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA
Rəyasət Heyətinin qərarlarına əsasən, ölkənin bütün
doktorant və dissertantlarına İnformatika fənninin
tədrisi və doktorluq imtahanlarının qəbulu prosesi
mərkəzləşdirilmiş qaydada AMEA İnformasiya
Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzində (TİM) həyata keçirilir.
Burada dərslər Azərbaycan və rus dillərində aparılır.
İndiyə kimi institutun alim və yüksəkixtisaslı
mütəxəssisləri tərəfindən 14 mindən çox doktorant və
dissertanta İnformatika fənni tədris olunmuş,
imtahanların qəbulu aparılmışdır. Mərkəzdə əyani
tədrislə yanaşı, 2011-ci ildən distant tədris xidmətləri
də göstərilir. Naxçıvan və Gəncədə yaşayan doktorant və
dissertantların İnformatika fənni üzrə təşkil edilmiş
mühazirələri məsafədən dinləmələrinə şərait
yaradılmışdır. Gələcəkdə digər bölgələrdə də Distant
Tədris Mərkəzlərinin yaradılması nəzərdə tutulur.
2013-cü ilin iyun ayından başlayaraq doktorluq
imtahanları elektron test üsulu ilə həyata keçirilir.
Bu, imtahan prosesində şəffaflığın təmin olunması və
imtahanlarda iştirak edənlərin biliklərinin daha
obyektiv qiymətləndirilməsinə xidmət edir.
Qeyd edək ki, TİM-in doktorluq imtahanlarının tədris
proqramı nəzəri və praktiki bölmələrdən ibarətdir.
Mərkəzin test bazasında 3 dildə - Azərbaycan, rus və
ingilis dillərində test tapşırıqları mövcuddur.
İmtahanların nəticələri imtahan başa çatdıqdan dərhal
sonra məlum olur.
Doktorant və dissertantların doktorluq imtahanlarına
hazırlaşmasına kömək məqsədilə bu yaxınlarda İnformasiya
Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarına
əsasən, "İnformatika. 555 test" kitabı çap olunmuşdur.
Kitabın müəllifləri TİM-in rəhbəri Rəsmiyyə Mahmudova və
institutun böyük elmi işçisi Rəhilə Həsənova, elmi
redaktoru isə texnika üzrə fəlsəfə doktoru, dosent
Zərifə Cəbrayılovadır .
Doktorant və dissertantlara tədris olunan İnformatika
fənninin proqramına uyğun olaraq hazırlanmış kitabda
tədris proqramının praktiki bölməsinə dair test
tapşırıqları təqdim olunmuşdur.
Kitabda "MS Windows 7", "MS Office 2007" (MS Word mətn
redaktoru, MS PowerPoint təqdimat redaktoru, MS Excel
elektron cədvəl redaktoru, MS Access verilənlər bazası
və s.) və "Xidməti proqramlar" (antivirus, arxivator və
tərcümə proqramları) adlı proqram paketləri üzrə 555
test tapşırığı öz əksini tapmışdır.
Respublikanın orta və ali təhsil mü
əssisələrinin şagird, tələbə və müəllimləri də bu
vəsaitdən istifadə edə bilərlər.
Kitabın planlaşdırılan növbəti nəşrində isə bu kitabda
təqdim olunmuş proqram paketlərinin yeni versiyalarına
və TİM-in doktorluq imtahanlarının tədris proqramının
nəzəri hissəsinə dair test tapşırıqları öz əksini
tapacaq. |