Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin Elektron
Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edir
2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya
saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Bu
addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu
ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom
saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan
ziddiyyətləri aradan qaldırmaqdır.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında
baş verəcək bu dəyişiklik texnoloji sistemlərdə
nasazlığın yaranmasına səbəb olması məsələsi də
qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən
oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb
saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdır.
Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən
NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən
tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini
kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz
fəaliyyətini dayandıra bilərlər.
Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin
səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30
iyun tarixində saat 23:58-də 5 dəqiqə müddət ərzində
kompüterləri söndürməyi tövsiyə edir. |