"Bakı-2015"
I Avropa Oyunları çərçivəsində keçirilən sambo
yarışlarında Təhsil Nazirliyinin Gəncə Şəhər 1 nömrəli
Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Amil Qasımov
gümüş medal qazanıb.
Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo
yarışlarında 74 kq çəki dərəcəsində mübarizə aparan
idmançımız ilk görüşlərində sloveniyalı Tadey Cutuk,
gürcüstanlı Kaxa Mamulaşvili və bolqarıstanlı Martin
İvanovu üstələyib. Finalda Amil Qasımov Belarus
təmsilçisi Stepan Popovla qarşılaşıb və gərgin
mübarizədən sonra rəqibinə məğlub olub.
Bununla, "Bakı-2015" I Avropa Oyunları çərçivəsində
keçirilən yarışlarda uğur qazanan Təhsil Nazirliyinin
idman məktəblərinin yetirmələrinin sayı 3-ə çatıb. Belə
ki, bundan əvvəl İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Eldar
Səfərov gimnastika və Abşeron Uşaq-Gənclər İdman
Məktəbinin yetirməsi Hacı Əliyev güləş yarışlarında
fərqləniblər. |