Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

ADU-nun professoru beynəlxalq konfransda çıxış edib

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetinin professoru, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə bu günlərdə Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) keçirilən "Celebrating Diversity" mövzusunda beynəlxalq konfransda iştirak edib.

Dünyanın 22 ölkəsindən nümayəndələrin iştirak etdiyi konfransda mədəniyyətlərarası münasibətlər, ingilis dili tədrisinin müxtəlif sahələri, linqvistikanın nəzəri və praktik problemləri, müəllim hazırlığı məsələləri, tələbə-müəllim münasibətləri, ingilis dilinin istifadəsində müxtəlifliklər, qiymətləndirmə, materialların hazırlanması və seçilməsi kimi bir sıra gündəmdə olan məsələlər müzakirə olunub.

Konfransda ADU-nun professoru Gülnar Hüseynzadə "XXI əsrdə mədəniyyətlərarası təhsilin problem və çətinlikləri" mövzusunda çıxış edib. Müzakirələrlə davam edən mövzu konfrans iştirakçılarının böyük marağına səbəb olub.

 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov