Bakı
Dövlət Universitetində Avropa Komissiyasının TEMPUS
proqramının PAKT (Project Actors Capacity Training in
Caucasus) layihəsi çərçivəsində təlim keçirilib.
Tədbiri BDU-nun Elm və innovasiyalar üzrə prorektoru,
professor Aydın Kazımzadə açaraq bildirib ki, PAKT-ın
əsas hədəfləri layihə menecmenti sahəsində bilikləri
genişləndirmək, bu sahədə toplanmış qabaqcıl təcrübəni
paylaşmaq və Cənubi Qafqaz universitetlərinin aparıcı
Avropa universitetləri ilə əməkdaşlığını
gücləndirməkdir. Layihədə doqquz Cənubi Qafqaz
universiteti iştirak edir. Ölkəmizi bu layihədə iki
universitet -BDU və Xəzər Universiteti təmsil edir.
PAKT proqramının BDU üzrə koordinatoru, dosent Təranə
Mahmudovanın verdiyi məlumata görə, bu, hər iki
universitet nümayəndələrinin layihə çərçivəsində ikinci
təlimidir. İlk təlim cari ilin aprelində Xəzər
Universitetində keçirilib. Bundan əlavə, onlayn
sessiyaların da keçirilməsi nəzərdə tutulub.
Yaxın gələcəkdə bu cür təlimlərin respublikanın bütün
universitetlərinin nümayəndələri üçün keçirilməsi
planlaşdırılıb.
Mətbuat və informasiya şöbəsi |