Azərbaycan
Dövlət İqtisad Universiteti (ADİU) ilə Böyük
Britaniyanın "TransTech Capital LLP" (TTK) şirkəti
arasında anlaşma memorandumu imzalanıb.
Sənəddə ADİU-nun Texnologiya Transfer Mərkəzində nümunə
texnologiya transfer funksiyasının yaradılması nəzərdə
tutulub.
TTK Tərəfdaşı Saymon Roberson bildirib ki, TTK ADİU-ya
özünün əqli mülkiyyəti olan layihənin hazırlanması,
reallaşması, kommersiyalaşdırılması və bu kimi digər
proseslərlə bağlı yardım etməyə hazırdır.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |