İyunun
24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 97 illiyi münasibəti ilə Azərbaycan
Dövlət Aqrar Universitetində tədbir keçirilib. Şəhər
ictimaiyyətinin, universitetin professor-müəllim
heyətinin və tələbələrin iştirakı ilə gerçəkləşən
tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın
müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki,
Azərbaycan Silahlı Qüvvələri çətin, lakin şərəfli bir
inkişaf yolu keçmişdir. Silahlı Qüvvələrin
yaradılmasından ötən bu illər ərzində ordumuzun
potensial imkanlarının genişləndirilməsi və peşəkar
hərbi kadrların hazırlanması sahəsində böyük işlər
görülmüşdür.
Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü və
nizamlı ordu qurulub, Silahlı Qüvvələr müasir texnika və
silahlarla təchiz olunub və bölgənin ən güclü ordusuna
çevrilib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş
qabiliyyəti gündən-günə artır.
Tədbirin bədii hissəsində tələbələr ədəbi-bədii
kompozisiya və konsert proqramı ilə çıxış ediblər. |