Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsil
müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə
əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı"nda nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Yay tətili olmasına baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin təşkilati dəstəyi ilə 43 nömrəli Şagirdlərin
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Xəzərin Şüvəlan
qəsəbəsindəki çimərlikdə təmizlik aksiyası
keçirmişdir.
Əhalinin ekoloji maariflənməsi, gənclərin asudə
vaxtlarının mənalı təşkili, mənəvi saflığının, sağlam
həyat tərzinin, zərərli vərdişlərdən
uzaqlaşdırılmasının təmin olunması məqsədilə
keçirilən təmizlik aksiyasında pedaqoji işçilər və
dərnək üzvləri iştirak etmişdir.
Xüsusi nəqliyyat və geyimlə təmin olunmuş
aksiyaçılar Xəzər sahili boyu Şüvəlan qəsəbəsindəki
çimərlik ərazisini məişət tullantılarından, zibillərdən
təmizləmişlər. |