İyunun 24-də Meksikanın Azərbaycandakı səfiri Xuan
Rodrigo Labardini Xəzər Universitetində bu ali təhsil
ocağının təsisçisi, direktorlar və qəyyumlar şurasının
sədri, professor Hamlet İsaxanlı ilə görüşüb.
Xəzər Universitetindən bildirilib ki, görüşdə Meksika
ali məktəbləri ilə Xəzər Universiteti arasında
əlaqələrin qurulması, bu universitetdə Meksika
dövlətinin tarixi, mədəniyyəti və siyasəti barədə
mühazirələrin oxunması, "Meksika günü"nün keçirilməsi,
Meksikada Azərbaycan və Qafqaz araşdırmalarının inkişafı
kimi məsələlər ətrafında müzakirələr aparılıb.
AZƏRTAC |