Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və
Naftalan şəhərlərində yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 30 iyun 2015-ci il
tarixində saat 11:00-da Göygöl şəhərindəki Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və
Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 30-dək Təhsil
Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli
telefonuna ("Qaynar xətt" xidməti) və ya
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
elektron poçt ünvanına müraciət edərək
qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər.
www.edu.gov.az |