İyunun
25-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin
sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq
görülmüş Lidiya Mixaylovna Qranovskayaya ali mükafatın
təqdimolunma mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Bakı Slavyan
Universitetinin professoru Lidiya Qranovskayanın
Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların
hazırlanması, eyni zamanda rus dilinin tədqiqi
sahəsindəki xidmətlərindən danışıb və ona fəaliyyətində
uğurlar arzulayıb.
Lidiya Qranovskaya onun pedaqoji və tədqiqatçılıq
fəaliyyətinə verilmiş yüksək qiymətə görə dövlət
başçısına təşəkkürünü bildirib.
Sonda nazir "Əməkdar elm xadimi" medalını və vəsiqəsini
Lidiya Qranovskayaya təqdim edib.
www.edu.gov.az |