Qax
şəhər 2 nömrəli məktəb- liseydə elmi-tədqiqat
fəaliyyətinə meyilli şagirdləri aşkar etmək, onların
gələcək peşə istiqamətlərini müəyyənləşdirmək,
tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi
layihələrdə iştirak etmək vərdişlərini formalaşdırmaq
məqsədilə 2008-ci ilin noyabrında Kiçik Akademiya
yaradılıb.
Ötən müddət ərzində MKA-nın təşkilatçılığı ilə onlarla
müxtəlif tədbir- bilik yarışları, viktorinalar,
debatlar keçirilib. Nəticədə 10 şagird respublika fənn
olimpiadasının qalibi olub. Beynəlxalq olimpiadalarda
iştirak edənlərdən 4 nəfər gümüş, 2 nəfər bürünc
medala layiq görülüb. 8 nəfər, eləcə də Respublika
müsabiqələrində 30 nəfərdən artıq şagird müxtəlif
dərəcəli diplomlarla mükafatlandırılıb. Bu illər
ərzində 47 şagird 600-dən yuxarı, 67 nəfər isə
500-600 arası bal toplayıb. Onların da əksəriyyəti
Kiçik Akademiyanın üzvləridir. Sevindirici haldır ki,
akademiyanın üzvlərindən 4 nəfəri Prezident təqaüdünə
layiq görülüb. Dinamik inkişaf edən ölkəmizdə "İnsan
kapitalı" formalaşdırmaq kimi çox mühüm vəzifələrin
qarşıya qoyulduğunu nəzərə alaraq MKA-nın tərkibinə
yenidən baxılıb, daha işgüzar müəllim və şagirdlər
akademiyaya cəlb olunub. Kiçik Akademiyanın
strukturuna yeni "Sosial iqtisadi", "Texniki
mühəndislik" bölmələri əlavə edilib.
Hazırda ayrı-ayrı bölmələr üzrə 30-dan artıq şagird
tədqiqat işi üzərində çalışır. Bu gün şagirdlərin
respublika və rayon üzrə keçirilən elmi tədbirlərdə
fəallığı daha da artıb. 5 şagird respublika üzrə
keçirilən müsabiqələrdə iştirak edib. 13 MKA üzvü isə
olimpiadanın zona turunda fəallıq göstərib.
"Sabahın alimləri" müsabiqəsində və "İstedad
laboratoriyası" vasitəsilə aparılan intellekt
yarışlarında da şagirdlər fəallıq nümayiş etdiriblər.
MKA-nın tərkibinə daxil olan Şagird Elmi Cəmiyyətinin
işi yenidən təşkil olunub. Görülən işlər may ayında
keçirilən "Zirvəyə gedən yol məktəbdən başlayır"
mövzusunda bayram tədbiri ilə yekunlaşıb.
Təhsil ocağında fəaliyyət göstərən Məktəb Kiçik
Akademiyanın prezidenti Lyubava Əhmədova söhbət
əsnasında bidirib ki, I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi, oyunların məşəlinin rayonları ziyarət
etməsi gənclərin vətənpərvərlik ruhunun artmasında,
idmana bağlılığında böyük rol oynayır. İnanırıq ki,
idmançılarımız qələbələri ilə bütün ölkəmizi
sevindirəcəklər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |