Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Uğurlarına sevinən gənc istedad

 

Pərviz Fərhadov 1989-cu ildə   Füzuli rayonunun Bala-Bəhmənli kəndində anadan olub. 1996-cı ildə Bakıdakı  45 nömrəli  tam orta məktəbin I sinfinə   gedib. 1998-ci ildə  musiqiyə olan həvəsi onu  Q.Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinə gətirib. 2004-cü ildə həmin məktəbin "Xalq çalğı alətləri" şöbəsini kamança ixtisası üzrə əla qiymətlərlə bitirib. 2007-ci ildə o, Azərbaycan Milli Konservatoriyasına daxil olub. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu ilin dekabrında keçirilən "Gəncləşən muğam"  layihəsində iştirak edib.  2011-ci ildə Azərbaycan Milli Konservatoriyasi, Təhsil Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyev Fondunun və Bəstəkarlar İttifaqının birgə keçirdiyi  II Respublika muğam müsabiqəsinin qalibi olub. II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil edib. 2011-ci ilin mayında Pərviz ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Gənclər Günü münasibətilə  2012-ci il fevral ayının 1-dən 11-nə kimi təşkil etdiyi "Gəncliyin səsi" festivalında çıxış edib.  2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi "Lider Türk Dünyası -Lider genclerinin buluşma noktası" təşkilatının təşkil etdiyi  konsertdə çıxış edərək   diplomlarla təltif olunub. Onun  2011-ci ildə xanəndə Aytən Məhərrəmova ilə birgə "Xətrinə dəymərəm"  və 2012-ci ildə isə xanəndə Vüsal Zamanovla "Qarabag, canım mənim" adlı musiqi albomları  işıq üzü görüb.

Hazırda Pərviz ADMİU-da magistr təhsili alır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov