Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Asiya universitetlərinin yeni reytinq cədvəli açıqlanıb

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
 

Böyütmək üçün seçinBöyük Britaniyanın təhsil xidmətləri sahəsində nüfuzlu şirkəti olan The Times Higher Education dərgisi iyunun 11-də 2015-ci il üzrə Asiyanın 100 ən yaxşı ali məktəblərinin reytinq cədvəlini təqdim edib. Asiyanın  ən yaxşı ali məktəblərinin reytinq sıralamasına  Yaponiyanın Tokio Universiteti başçılıq edir.  Reytinq cədvəlinə (The Times Higher Education Asia University Rankings 2015) əsasən 2-ci yerdə Sinqapur Milli Universiteti, 3-cü yerdə Honkonq Universiteti qərarlaşıb.  Bundan əlavə,  ən yaxşı 10 universitet arasında  Pekin Universiteti, Sinxua Universiteti,  Seul  Milli  Universiteti, Koreya Qabaqcıl  Elm-Texnologiya Universiteti (KAIST), Honkonq Elm və Texnologiya Universiteti,  Kiot  Universiteti   və  Nanyanq Texnologiya Universiteti yerləşib. Beləliklə ilk 10-luğa  Asiya regionunun elm və texnologiya sahəsində  davamlı liderləri olan  Cənubi Koreyanın,  Honkonq, Yaponiya, Sinqapur və Çinin hər birindən   2 universitet daxil olub.  Reytinqin  əsasını  da  bu  ölkələr təşkil edir.  Türkiyənin  ən  yaxşı  universitetlərinə  Yaxın Doğu Texnik Universiteti (12-ci yer) başçılıq  edir.  Reytinq  tərtib olunarkən, təhsilin keyfiyyəti,  tədqiqat işlərinin  səviyyəsi  və  beynəlxalq  fəaliyyətdən  istifadə olunub.  Bundan əlavə, ali məktəbin akademik  və  tələbə  mühitində,  universitet  rəhbərləri  arasında,  eləcə  də  hökumət  səviyyəsində  və  real  sektorda  nüfuzu  nəzərə alınıb.

 

Asiya universitetlərinin yeni reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov