Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi
İnstitutunda bütün dünya məktəblilərinin Konfutsi
İnstitutlarının iqamətgahı (Xanban) tərəfindən təşkil
olunmuş və BDU-nun nəzdindəki Konfutsi İnstitutu
tərəfindən həyata keçirilmiş "Çin dili körpüsü" adlı Çin
dili üzrə VIII ümumdünya müsabiqəsinin Azərbaycan
Respublikası üzrə seçmə turu uğurla başa çatıb.
Tədbiri BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin
tərəfindən olan direktoru Xu Fenxua keçirib. Bu tədbirdə
BDU-nun prorektoru, professor İ.Əliyeva çıxış edib.
Müsabiqədə həmçinin bəzi müsabiqəçilərin valideynləri
iştirak ediblər. Müsabiqə beş hissədən ibarət olub:
yazılı imtahan, yoxlama, nitq, Çin mədəniyyətinə dair
sual-cavab və Çin bədii çıxışlarının nümayişi.
Müsabiqənin münsiflər heyətinin seçimindən sonra Bakı
Dövlət Universitetinin nəzdindəki orta məktəbin və beş
digər orta məktəbin 10 şagirdi finalda iştirak etmək
hüququ qazanıb. Kəskin rəqabət şəraitində BDU-nun
nəzdindəki orta məktəbin yetirməsi olan Murad müsabiqədə
birinci dərəcəli mükafat, 55 nömrəli orta məktəbin
şagirdi Su Xan ikinci dərəcəli mükafat alıblar. Onların
hər ikisi final müsabiqəsində iştirak edəcək və Çində
başqa mərhələlərdə təhsil alacaqlar. Digər müsabiqəçilər
üçüncü dərəcəli mükafat və sertifikatlar qazanmışlar.
Mükafatları onlara prorektor İ.Əliyeva təqdim edib.
Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili
körpüsü" adlı müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq
keçirilib. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun
rəhbərləri və müəllimləri mövzuların
planlaşdırılmasından, təklif olunmasından, imtahan
işlərinin yoxlanılmasından tutmuş müsabiqəyədək bütün
proses boyu səylə layihələşdirib həyata keçiriblər.
Sonda istənilən nəticə əldə edilib.
Bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili
körpüsü" adlı müsabiqəsi Konfutsi İnstitutlarının
qərargahı (Xanban) tərəfindən Çin dili üzrə təşkil
olunmuş əhəmiyyətli beynəlxalq yarışdır. 2008-ci ildən
başlayaraq 8 belə müsabiqə uğurla keçirilib. Finalda
iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən
çox şagird dəvət olunub. Xarici ölkələrdə seçmə turun
iştirakçılarının sayı 20 min nəfərdən çox olub.
Azərbaycan Respublikası üzrə seçmə turun keçirilməsi
Azərbaycan məktəblilərinin ilk dəfə olaraq Çində "Çin
dili körpüsü" müsabiqəsində iştirak etməsinə imkan
verib.
AZƏRTAC |