Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Azərbaycan Dövlət Aqrar Universitetində Elmi Şuranın iclası keçirilib

 

Böyütmək üçün seçinİyunun 17-də Azərbaycan Dövlət Aqrar Universitetinin  (ADAU) Elmi Şurasının iclası keçirilib. Akademik Məmmədtagı Cəfərovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclasda 2014/2015-ci tədris ilində tələbələrlə tərbiyə işləri, universitetin redaksiya-nəşriyyat şöbəsinin fəaliyyəti barədə hesabatlar dinlənilib, professor-müəllim heyəti vəzifələrinin tutulması ilə əlaqədar seçkilər keçirilib.

Şuranın iclasında, həmçinin, "Bakı-2015" ilk Avropa Oyunlarının siyasi və iqtisadi əhəmiyyətindən bəhs olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, ilk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünyanın tarixinə böyük bir səhifə yazmış oldu. Oyunların açılış mərasimində iştirak etmiş dünya ölkələrinin liderlərində böyük təəssürat yaratdı. Çox böyük məsuliyyət tələb edən tədbirə ev sahibliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olmuşdur.

Vurğulanıb ki, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələri "Bakı-2015" ilk Avropa Oyunlarına həmişə dəstək nümayiş etdirməyi özlərinin müqəddəs borcu hesab edirlər. Bunun bariz nümunəsi kimi universitetin könüllü tələbələrinin bu oyunlarda aktiv şəkildə iştirakını göstərmək olar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov