Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes
İnkubatorunun startapçıları ilə görüşüb.
Tədbirdə Biznes İnkubatorunun startaplarının icra
vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti
baxımından səmərəliliyi təhlil edilib. Layihələrin
mənfəət göstəricilərinin artırılması yolları müzakirə
edilib. Qarşıya çıxan maneələrin aradan qaldırılması
üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz
tövsiyələrini veriblər.
Sonra ADİU və digər universitet tələbələri yeni
layihələrinin təqdimatını keçirib. Təqdim olunan
layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu
əhatə edib. Startapçı olmaq istəyən gənclər
layihələrinin əhəmiyyətindən danışıblar.
Universitetin rektoru, professor Ə.Muradov ADİU
tərəfindən bundan sonra da startapçıların
dəstəklənəcəyini bildirərək yeni layihələrin daha da
təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |