Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)
iki tələbəsi iyunun 29-dan iyulun 10-dək Türkiyənin
Atatürk Universitetində təşkil olunan yay məktəbində
oxumaq hüququ qazanıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının
tələbələri tədris proqramına uyğun planlaşdırılan dövrdə
turizm, marketinq, menecment fənlərindən dərs deyən
müəllimlərin mühazirələrini dinləyəcək, Ərzurum və Qara
dəniz sahillərinə turlarda iştirak edəcəklər. Qeyd edək
ki, Atatürk Universitetində ingilis dilində fəaliyyət
göstərən yay məktəbində indiyədək ATMU-nun 10 tələbəsi
iştirak edib. |