Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
birgə təşkilatçılığı ilə "Azərbaycan təbiəti Bakı
məşəlinin işığında" adlı fotosərgi keçirilir. Sərginin
təşkil olunmasında əsas məqsəd İlk Avropa Oyunları
ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar
vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş
etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.
ADİU-nun texnologiya və dizayn fakültəsinin 3-cü kurs
tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə
30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük
təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin
səyahət etdiyi rayonların təbiət fotoları sərgi
iştirakçılarının böyük marağına səbəb olub.
Paytaxt sakinləri və turistlərin marağına səbəb olan
sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara
ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə
təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda
Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa
zamanda həmin diyarlara səfər etməyi düşünürlər.
"Azərbaycan təbiəti Bakı məşəlinin işığında" adlı
fotosərgi iyunun 21-nə kimi davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi |