Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Dünya liderləri və tanınmış simalar I Avropa Oyunları haqqında

 

Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bugünə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Böyütmək üçün seçin 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 


Böyütmək üçün seçinBu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. 

Mehriban ƏLİYEVA,
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri

 

 

 


...Sizi dünən reallaşan tarixi hadisə - İlk  Avropa Oyunlarının açılışı münasibətilə təbrik edirəm. Bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda istedadla, ləyaqətlə çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb. 

Vladimir PUTİN,
Rusiya Federasiyasının prezidenti


...Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, I Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. ...Ümumiyyətlə çox böyük iş görülüb. Afərin. Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. 

Aleksandr LUKAŞENKO,
Belarus Respublikasının prezidenti


İdman və Olimpiya hərəkatının gənc dövlətinizin sürətli inkişafının mərkəzində durmasına daim səy göstərən Prezident Əliyevin və birinci xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərimizin aparıcı qüvvəsi oldu. ...Birinci xanım Əliyeva,  Sizin "Bakı-2015"in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir. Bu sahədə yorulmaz fəaliyyətinizə, Avropada idmanın parlaq gələcəyinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. 

Patrik HİKKİ,
Avropa Olimpiya Komitəsinin prezidenti


Könüllülər olmasaydı belə bir mötəbər idman bayramını təşkil etmək mümkün olmazdı. ...Yarışlar başa çatacaq. Amma gözəl Azərbaycan, füsunkar Bakı və unudulmaz açılış mərasimi uzun illər xatirəmizdə yaşayacaq... Mən Azərbaycanda idmana bu səviyyədə diqqət və qayğını təsəvvür etmirdim. Sözün əsl mənasında fantastikadır... Təşkilat səviyyəsi yüksək standartlara uyğundur. 

Enriko DELLAKAS,
Avropa Velosiped İdmanı İttifaqının baş katibi


Azərbaycan  I Avropa Oyunlarının keçirilməsi məsələsinə məsuliyyətlə yanaşıb... Tam səmimi deyirəm ki, Bakıya valeh olmuşam. Onun arxitekturasından tutmuş  Azərbaycanın  yarışlara və obyektlərin tikintisinə belə məsuliyyətlə  yanaşmasına qədər hər şeyə heyran qalmışam. Heç şübhəsiz, bu, Olimpiya səviyyəsidir. 

Anastasiya DAVIDOVA,
Rusiya Olimpiya Komitəsinin baş katibi


"Bakı-2015" I Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədədir. Yarışlarda peşəkarlığı ilə seçilən idmançılar iştirak etdiyi üçün çox güclü rəqabət var. Avropaya belə bir idman bayramı bəxş etdiyinə görə Azərbaycana səmimi təşəkkürümü bildirirəm. 

Razvan PİRCALABU,
Rumıniya Güləş Federasiyasının prezidenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov