Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizə məqsədilə Hacıqabul rayonunun 3 nömrəli
tam orta məktəbində tədbir keçirilib. Təhsil şöbəsindən
məlumat verilir ki, tədbirdə Hacıqabul Uşaq və Ailələrə
Dəstək Mərkəzinin, Rayon Polis Şöbəsinin yetkinlik
yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun
və digər əlaqədar qurumların nümayəndələri iştirak edib,
narkotikin insan orqanizminə zərərindən və yaratdığı
fəsadlardan danışıblar.
Tədbirdə "Narkomaniya - bəşəriyyətə bəla" mövzusunda
qısametrajlı film nümayiş olunub, iştirakçılara
"Narkomaniyaya yox deyək" adlı təqvim-broşürlər
paylanılıb. |