İbrahim YUSİFOĞLU,
Naxçıvan MR Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı,
"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"
Ən
parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü!
Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı,
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi müəllim ömrü!
Günəş hərarətli, dağ vüqarlıdı,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü!
Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu,
Dünyanın varında gözləri yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü!
...Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylayan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü! |