Xəyal RZA,
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin
rəhbəri
Sənə necə vurulmuşam,
Özüm özümdən xəbərsiz.
İnan ki, çox yorulmuşam,
Dözüm, özümdən xəbərsiz.
Qanım qaralıb, gedirəm,
Ruhum saralıb, gedirəm,
Cimimsə qalıb, gedirəm,
İzim özümdən xəbərsiz.
Ümidim, arzum dardadır,
Ürəyim nankor yardadır,
Bilmirəm başım hardadır,
Dizim özümdən xəbərsiz.
Xəyallar qurur elə hey,
Zaman uçurur elə hey,
Dilim pəl vurur elə hey,
Sözüm özümdən xəbərsiz. |