Xəyal RZA,
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin
rəhbəri
Necə
sevirmişəm axtarım səni,
Gözlərim dörd gəzsin səni hər yerdə.
Başqası özünə dərd eləyərdi,
Mənsə, vurulmuşam bu acı dərdə.
Sevirəm arxanca düşdüyüm zaman,
Keçdiyin yollarda qalan qoxunu.
Sevirəm gecələr yatdığım zaman,
Dəvətsiz gəldiyin şirin yuxunu.
Səni axtarmağı sevirəm ancaq,
Bəlkə də rast gəlsəm, ucuzlaşarsan.
Bəlkə də tapdığım, gördüyüm zaman,
Gözümdən düşərsən, cılızlaşarsan...
Dəymə, qoy axtarım bir ömür boyu,
Gözlərim öyrəşib yolda qalmağa.
Heç yerdə, heç harda rastıma çıxma,
Mənsə, davam edim kölgən olmağa. |