Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Dahilər ayaq üstə  işləməyi, oxumağı-yazmağı seviblər

 

Ötən əsrdə oturaq həyat tərzi bugünkü qədər kəskin deyildi.  Lakin bu gün insanların böyük qismi öz vaxtlarını kompüter, televiziya qarşısında, avtomobildə keçirir.  Passiv hərəkət ofis işçiləri üçün əsl bəlaya çevrilib.  Məlumdur ki,  bir sıra məşhur adamlar - dövlət xadimləri,  yazıçı-şairlər, alimlər də ayaq üstə işləməyi, oxumağı-yazmağı seviblər.  Onlardan Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçili,  ABŞ-ın 3-cü prezidenti  Tomas  Cefersonu,  görkəmli dövlət xadimi, ABŞ Konstitusiyasının banilərindən biri, ölkənin müstəqillik aktına ilk imza atmış   Bencamin Franklini, Nobel mükafatı laureatı Ernest Heminqueyi,  italyan rəssamı  Leonardo da Vinçini,  rus yazıçılarından Aleksey Tolstoyu,  Vladimir Nabokovu,    Nikolay Qoqolu,  amerikalı yazıçı Filipp Rotu, Amerikanın keçmiş müdafiə naziri Donald Ramsfeldi,  dahi rus alimi Dmitri Mendeleyevi,  dahi fransız yazıçısı Viktor Hüqonu göstərmək olar.  Məşhur yazıçı E.Heminquey ona dünya şöhrəti qazandırmış "Qoca və dəniz" povestini məhz ayaq üstə yazmışdır. O, çap  maşınını pəncərə altında yerləşdirərək bir ayağını o birisi ilə dəyişdirməklə saatlarla əsərini yazıb.

Hazırda dünyanın bir sıra nüfuzlu şirkətlərinin, kompaniyalarının ofislərində də ayaq üstündə işləməyə üstünlük verirlər.  Facebook  şirkətinin baş ofisinin 300-dən artıq əməkdaşı  ayaq üstə işləyir. Ayaq üstə işləmək- fikri cəmləşdirmək, böyük diqqət, düzgün onurğa, maddələr mübadiləsinin  yaxşılaşması,  az yorğunluq,  daha çox işgörmə qabiliyyəti   və bütün bunlara əlavə olaraq yaxşı əhvali-ruhiyyə, özünü komfort hiss etmək deməkdir. 

 

Böyütmək üçün seçin Böyütmək üçün seçin
   
Böyütmək üçün seçin  

www.obrzdrav.ru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov