Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılmasına dair müqavilə imzalanıb

 

Böyütmək üçün seçinRabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət portalının operatoru - "Məlumat Hesablama Mərkəzi"nin direktoru Nail Mərdanov və baş mütəxəssis Nadir Rəsulov Azərbaycan Texniki Universitetində olublar. Universitetin rektoru, professor Havar Məmmədovla görüş zamanı qeyd edilib ki, son illər ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən yüksəliş qeyri-neft sektorunun, xüsusilə də informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına müsbət təsir göstərmişdir. Qeyd edilib ki, elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Görüşdə bildirilib ki, elektron idarəçilikdə yüksəksəviyyəli elmi və ixtisaslı kadrların hazırlanması üçün səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, innovativ təlim metodları və yüksək texnologiyalar vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil ocaqlarının formalaşdırılması, elm, təhsil və biznes səylərinin birləşdirilməsi və innovativ inkişaf mühitində yeni tərəfdaşlığın formalaşdırılması ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın möhkəmləndirilməsindən çox asılıdır. Bunları əsas götürərək Azərbaycan Texniki Universiteti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb və bu barədə professor Havar Məmmədov və mərkəzin direktoru Nail Mərdanov müqavilə imzalayıblar. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, informasiya sistemləri və kibertəhlükəsizlik" Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlamışdır. "Elektron idarəçilik, informasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm, təhsil və biznes səylərini birləşdirmək vəzifəsi qarşıya qoyulub. Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasında "Elektron imza" laboratoriyasının yaradılması barədə məsələ müzakirə olunub. 

Müşfiq BORÇALI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov