İyunun
10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)
15 iyun - Milli Qurtuluş Gününə həsr olunun tədbir
keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru,
professor Ədalət Muradov və universitetin
professor-müəllim heyəti iştirak edib.
ADİU-nun rektoru, professor Ədalət Muradov 15 iyun -
Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli
dönüş mərhələsi olduğunu qeyd edib.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah
Heydərov çıxışında ümummilli lider Heydər Əliyevlə bağlı
xatirələrindən danışıb.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş film
nümayiş etdirilib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |