Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Rektor ADU və Oslo Universiteti arasında əməkdaşlıq layihəsinin məsləhətçisi ilə görüşüb

 

Böyütmək üçün seçinİyunun 9-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ADU və Oslo Universiteti arasında 2007-2013-cü illəri əhatə edən əməkdaşlıq layihəsinin məsləhətçisi Krister Daatlandı universitet ilə əməkdaşlığının bitməsi münasibətilə qəbul edib.

Rektor Səməd Seyidov görüşdə layihə məsləhətçisi Krister Daatlanda Azərbaycan Dillər Universitetində  Pilot proqramın təkmilləşməsində verdiyi töhfələrə, Skandinaviya mərkəzinin inkişafında göstərdiyi dəstəyə, əməkdaşlıq müddətində Norveç dilinin tədrisi üçün istifadə etdiyi yeni metodlara, həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını bildirib.

Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında olan əməkdaşlıq layihəsinin xüsusi olduğunu vurğulayan rektor hər il  ADU-nun tələbə və müəllimlərinin Norveçin ali təhsil ocağının Yay məktəbində iştirak etdiklərini qeyd edib. Rektor Norveç universitetləri ilə olan əlaqələr nəticəsində ADU-da Norveç dilinin mükəmməl şəkildə tədris olunduğunu və tələbələrin bu dilə marağının artdığını diqqətə çatdırıb. S.Seyidov  Krister Daatlandın universitetlə gələcəkdə də əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən layihə məsləhətçisi Krister Daatland ADU ilə uzun müddətdir ki,  əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasında olan layihənin hər iki ali təhsil müəssisəsi üçün önəmli olduğunu qeyd edib, eyni zamanda ADU-da fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. 

İctimaiyyətlə Əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov