Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə reallaşan "Mənim
sevimli oyuncağım ekologiyanı öyrənir" adlı fotomüsabiqə
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə ümumtəhsil məktəblərinin 7-13 yaşlı şagirdləri
iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan təbiətinin
zənginliyini və ətraf mühitin ekoloji problemlərini
uşaqların gözü ilə nümayiş etdirməkdən ibarət olub.
Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən müsabiqədə
iştirakçılar 4 nominasiya üzrə qiymətləndirilib.
Fotolarda əsasən, Azərbaycanın müxtəlif regionlarının
rəngarəng təbiəti, insanların ətraf mühitə münasibəti
əks olunub.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr
təqdim edilib. |