Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)
sədr müşaviri, Azərbaycan Dövlət Neft Akademiyasının
qaz-neft mədən fakültəsinin III kurs tələbəsi Nurxan
Babayev İran İslam Respublikasında keçirilmiş Xəzəryanı
ölkələri Gənclərinin II Sammitində iştirak edib. Səfər
çərçivəsində tədbir iştirakçıları İranın gənclər
nazirinin müavini, sektor müdirləri və bir çox
rəsmilərlə görüş keçiriblər. Tədbirin əsas məqsədi
Xəzəryanı ölkələrin gəncləri arasında dostluq
əlaqələrinin güclənməsi, gənclər təşkilatları arasında
təcrübə mübadiləsinin aparılması olub. Sammitin sonunda
qətnamə hazırlanıb, baxılması və imzalanması üçün hər
bir ölkənin müvafiq nazirliyinə təqdim edilib.
Tədbirdə həmçinin Rusiya, Qazaxıstan, Türkmənistan və
İran nümayəndə heyətləri iştirak edib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |