Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Müsabiqə qalibləri mükafatlandırılıb

 

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin "Meşələri qoruyaq" devizi altında gənc meşəçilər arasında keçirdiyi IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Təhsil Nazirliyi və ali təhsil müəssisələri nümayəndələrinin, eləcə də ekspertlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, müsabiqənin məqsədi uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində uşaq və gənclərə xüsusi bacarıq və vərdişlərin öyrədilməsindən ibarətdir.

Mərasimdə məlumat verilib ki, ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzlərinin "Gənc meşəçi" dəstələri üzvlərinin iştirak etdiyi müsabiqə 3 nominasiya üzrə keçirilib. Müsabiqənin yekun mərhələsinə 70 ekoloji layihə təqdim olunub. Layihələrdə məktəblilər tərəfindən meşələrin əhəmiyyəti, fauna və florası, nadir bitki və heyvan növlərinin, təbiət abidələrinin qorunması, meşənin ekoloji vəziyyətinə antropogen təsirin öyrənilməsinə dair ekoloji tədqiqatların nəticələri, ekoloji problemlərin həlli yolları əks etdirilib.

Müsabiqənin respublika mərhələsində İsmayıllı, Qax, Şamaxı, Balakən, Şəki, Quba, Qusar, Goranboy, Lənkəran, Cəlilabad, Tovuz məktəblilərinin layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.

Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov