Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının idmançılarını və onların məşqçilərini
Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək
nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1.
Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək
nəticələrə görə Azərbaycan Respublikasının idmançıları
və onların məşqçiləri üçün mükafatların məbləği
aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat,
onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat,
onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat,
onun şəxsi məşqçisinə 15 min manat;
1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək
nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin
aldığı məbləğ qədər (bir dəfə);
1.5. komanda idman növlərində komanda üzvlərinə (əsas
heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
1.5.1. birinci yeri tutan hər bir komanda üzvünə 30 min
manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri tutan hər bir komanda üzvünə 20 min
manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min
manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2015-ci il |