Bayıl stadionunda futbol üzrə "Coca-Cola məktəbli kuboku"
turnirinin 9-cu siniflər üzrə final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, finalda Səbail rayonundakı 163
nömrəli orta məktəbin komandası Şəki şəhər 7 nömrəli
orta məktəbin kollektivinə 10:0 hesabı ilə qalib gəlib.
Qalib komandaya mükafatları AFFA-nın uşaq və gənclər
üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev,
marketinq və reklamlar şöbəsinin müdiri Cavid Qarayev
təqdim ediblər. |